Kürəkən qayınanasının evindən külli miqdarda pul oğurladı (VİDEO)

Kürəkən qayınanasının evindən külli miqdarda pul oğurladı (VİDEO)
17:36 22 Yanvar 2015
242 Sosial
Ölkə mətbuatı
A- A+

Şəmkirdə keçmiş kürəkən qaynanasının evindən oğurluq edib.

ANS TV-nin məlumatına görə, Şəmkir rayonun Düyərli kənd sakini Dursun Aslanova mənzilindən külli miqadarda nəğd pulun oğurlanması barədə polisə məlumat verib. Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəsi ev sahibinin keçmiş kürəkənin törədiyi müəyyən edilib.

Şəmkir RPŞ-nin İstintaq bölməsinin rəisi Məhərrəm Məmmədov keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Tovuz rayonu Düz Qırıqlı kənd sakini Ramil İsgənədrovun saxlanılıdığını deyir. Məhərrəm Məmmədov onun üzərindən oğurladığı pulun 1730 manatın götürüldüyünü, yerdə qalan 270 manatı isə kafelərdən birində xərclədiyini bildirdi.

Əməlini etiraf edən Ramil İsgəndərov hadisə vaxtı sərxoş olduğunu bildirib.

Saxlanılan şəxs Ramil İsgəndərov oğurluq zamanı evə pəncərədən daxil olduğunu etiraf edib. O pulu aparandan sonra kafedə yeyib-içdiyi yerdə tutlduğunu deyib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində cianyət işi başlanılıb.

Mənbə
ANS TV, Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR