Prezident İlham Əliyev: “Hazırda Azərbaycan donor ölkəyə çevrilib”

Prezident İlham Əliyev: “Hazırda Azərbaycan donor ölkəyə çevrilib”
17:37 22 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:30 ]

Azərbaycan prezidenti Davos Forumunda çıxış edib

Bakı. Məlahət Nəcəfova – APA. Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Transformasiya prosesində regionlar: Avrasiya” panelində iştirak edib.

 

APA-nın məlumatına görə, paneldə çıxış edən prezident İlham Əliyev bildirib ki, transformasiya Azərbaycanda 1991-ci ildə - müstəqilliyin ilk vaxtlarında başlayıb: “Bu, region üçün ən böyük transformasiya idi. Eyni zamanda bizim üçün böyük çətinliklər yaradırdı. İlk növbədə biz yeni dövlət yaratmalı idik, eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə söykənən müasir iqtisadiyyat qurmalı idik. Bizim üçün transformasiya eyni zamanda siyasi sistem dəyişikliyi idi. Biz plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etdik. Bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir. Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir. Hazırda Azərbaycan donor ölkəyə çevrilib”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR