Hökumətdən orta məktəblərdəki vəziyyətlə bağlı AÇIQLAMA

Hökumətdən orta məktəblərdəki vəziyyətlə bağlı AÇIQLAMA
17:39 22 Yanvar 2015
182 Sosial
Ölkə mətbuatı
A- A+

Hazırda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.

 

2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib.

Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olub, 2014-cü ildə isə 14,9 faizə düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR