Maaş belə hesablanacaq (VİDEO)

Maaş belə hesablanacaq (VİDEO)
17:46 22 Yanvar 2015
569 Sosial
Ölkə mətbuatı
A- A+

Müəllimlərin əmək haqqının artırılması prosesi ölkədə qadınların məvacibinin yüksəlməsinə imkan verəcək.

ANS TV-nin məlumatına görə, təhsil sahəsində çalışanların əksər hissəsinin qadınlar olduğunu nəzərə alsaq, iş saatlarının qaldırılmasının, "stavka"ların sayının isə azaldılması qadınlarla kişilər arasında maaş fərqinin azaldılmasına imkan verəcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir onu da əlavə edib ki, müəllimlərin əmək haqqının artırılması prosesi tezliklə bütün ölkəni əhatə edəcək.

Müəllimlərin əmək haqqının qaldırılması tezliklə bütün ölkəni əhatə edəcək.

Səlim Müslümov bu prosesin hələ ki, ancaq paytaxtda həyata keçirildiyini deyir. Onun sözlərinə görə, müəllimlərin maaşının artırılması məsələsi gələcəkdə bütün ölkə ərazisi üçün nəzərdə tutulur. Bunun üçün Təhsil Nazirliyi tərəfindən monitorinq keçiriləcək və bu monitorinqdən keçən müəllimlərin əmək haqqları yeni "stavka"lara uyğun hesablanacaq.



Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=321215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR