“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimatı olacaq

17:48 22 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr olunan “Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçiriləcək.
Muzeydən AzərTAc-a bildiriblər ki, bu qurumun əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir. Məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovdur.
 
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Risale_Arasdirmalar_toplusu_kitabinin_X_cildinin_teqdimati_olacaq-826782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR