Rusiyalı deputatlar Ermənistanın Gümrü şəhərinə səfər edəcəklər

17:57 22 Yanvar 2015
184 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:52 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya Dövlət Dumasının bir qrup deputatı Ermənistanın Gümrü şəhərinə səfər edəcək.

 

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr məsələləri üzrə komitəsinin sədri Leonid Slutski bildirib.

 

“Məqsədimiz çox sadədir. Ölənlərin məzarına əklil qoyacağıq, başsağlığı vermək üçün Gümrü sakinləri ilə görüşəcəyik. İyrənc həmvətənimizin hərəkətinə görə onlardan üzr istəyəcəyik”, – deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR