Lənkəranda general Həzi Aslanovun xatirəsi ehtiramla yad edilib

Lənkəranda general Həzi Aslanovun xatirəsi ehtiramla yad edilib
17:58 22 Yanvar 2015
335 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 22 yanvar, Bağır Əliyev, AzərTAc
Yanvarın 22-si İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğum günüdür.
AzərTAc xəbər verir ki, bu münasibətlə Qəhrəmanın doğulduğu Lənkəranda bir sıra tədbirlər keçirilib.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən mərasimdə qeyd olunub ki, general Həzi Aslanovun 70 illik yubileyində Lənkəran şəhərində qəhrəmanın abidəsinin ucaldılmasının təşəbbüskarı məhz ümummilli liderimiz Heydər Əliyev olub.
Diqqətə çatdırılıb ki, 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən igid həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Mərasimdə teatrın aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra “Dəmir atlı cəngavər” sənədli filminə baxış olub.
Mərasim general Həzi Aslanovun ev-muzeyində davam etdirilib.
Muzeyin direktoru Tamara Fətullayeva cəsur generalın şərəfli ömür yolundan söz açaraq iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
"Gənc Aslanovçular klubu”nun üzvləri Qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirlərdən parçalar söyləyiblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_general_Hezi_Aslanovun_xatiresi_ehtiramla_yad_edilib-826788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR