Yazıçıların yaradıcılıq nümunələrinin təbliği istiqamətində mühüm işlər görüləcək

17:58 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Z. Mansurova, AzərTAc
Yanvarın 22-də Azərbaycan Yazıçılar Birliyi (AYB) idarə heyətinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda AYB-nin sədri, xalq yazıçısı Anar cari məsələlər haqqında danışıb.
İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, “AzYB.net” saytı yenilənsin.
Vurğulanıb ki, vikipediyada Azərbaycan yazıçıları haqqında məlumatlar yenilənsin, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin.
İclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və cari ildə həyat keçiriləcək işlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yazichilarin_yaradiciliq_numunelerinin_tebligi_istiqametinde_muhum_isler_gorulecek-826787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR