Rus hərbçi haqda şok iddia

Rus hərbçi haqda şok iddia
18:16 22 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın "Joxovurd" qəzeti "Gümrü faciəsi" ilə bağlı yeni maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Gümrüdə Avetisyan ailəsinin yeddi üzvünün qətlində ittiham edilən Valeri Permyakov həbs olunduqdan sonra növbəti gün hospitala yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, buna səbəb V.Permyakovun əhvalının pisləşməsi olub. O, xəstəxanaya yerləşdiriləndən sonra tam müayinə edilib.

Mətbuat orqanı yazır ki, V.Permyakov möhkəm döyüldüyü üçün onun vəziyyəti pisləşib və hospitala çatdırılıb. Müayinədən dərhal sonra onu Rusiyanın Gümrüdəki yerləşdirilmiş 102-ci hərbi bazasına aparıblar.

Bundan əlavə, hospitalda işləyən erməni həkimlərin bir çoxu Permyakovu müayinə etməkdən imtina ediblər. Həkimlər onun sağlamlığında problemin, cinayət törətməsinə əsas verən ciddi xəstəliyin olub-olmamasını yoxlayıblae.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR