TEMPUS layihəsi çərçivəsində FLEPP təlimləri başlayıb

TEMPUS layihəsi çərçivəsində FLEPP təlimləri başlayıb
18:18 22 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Bakı Dövlət Universitetində (BDU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Peşəkar Məqsədlər üçün Xarici Dillərin Tədrisi) təlimləri başlanıb.
Universitetdən AzərTAc-a bildiriblər ki, təlimdə BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, TEMPUS-FLEPP layihəsinin bu ali məktəb üzrə əlaqələndiricisi Gülheyran Rəhimova layihə barədə məlumat verib. Bildirilib ki, təlimdə BDU-nun humanitar və təbiət fakültələri üzrə ingilis dili kafedralarının müəllimləri iştirak edirlər.
Azərbaycan Dillər Universitetinin təlimdə innovasiyalar kafedrasının baş müəllimi Nərgiz Əliyevanın apardığı təlimlər yanvarın 24-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TEMPUS_layihesi_cherchivesinde_FLEPP_telimleri_baslayib-826799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR