Azərbaycanlı müğənnidən maraqlı aksiya - paltarlarını satır

Azərbaycanlı müğənnidən maraqlı aksiya - paltarlarını satır
18:29 22 Yanvar 2015
474 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Gülay Zeynallı istifadə etmədiyi geyimlərini “İnstagram” foto-servisi vasitəsi ilə satışa çıxarıb. Bu barədə Lent.az-a açıqlama verən ifaçı bildirib ki, satılacaq geyimlərindən əldə olunan gəlirlər kimsəsizlərə veriləcək: "Artıq bir neçə gündür ki, "Gülayın geyimlərinin satışı" adlı səhifə “instagram”da fəaliyyət göstərir. Bu səhifə köməkçim tərəfindən idarə olunur. Çoxları sual edir ki, “nə üçün bu addımı atmısan? Bəlkə kiməsə qəribə gələ bilər, mən sırf xeyirxahlıq naminə bunu edirəm. Yəni istədim ki, qarderobumda istifadə etmədiyim geyimlərin satışından əldə olunacaq gəliri birbaşa ehtiyacı olan insanlar üçün xərcləyim. Onsuz da mütəmadi olaraq həyat yoldaşım Kamil Zeynallı ilə birlikdə qocalar evinə, qayğıya ehtiyacı olan uşaqların yaşadıqları internat məktəblərinə baş çəkirik. Mən demirəm ki, Azərbaycanda sırf bir ilkə imza atdım deyə libaslarımı satışa çıxardım. Bu addımıma şübhə ilə yanaşanlar da özləri bilər, əsas istəyim odur ki, geyimlərdən əldə olunacaq pulları son qəpiyinə qədər kimsəsizlərə verim. Mövzuya bir daha qayıtmayacam. Allah hər kəsin ürəyinə görə versin".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR