Prezident İlham Əliyev: Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur

Prezident İlham Əliyev: Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur
18:53 22 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Praktiki baxımdan Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna münaqişəsinin postsovet ölkələrdəki vəziyyətə təsiri barədə sualı cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, siyasi baxımdan da Rusiya və Ukrayna ilə yaxşı və dostluq münasibətləri olan istənilən ölkə üçün belə vəziyyət arzuolunmazdır: "Biz yaxınlarını itirmiş insanların acısını bölüşürük və bu faciə təəssüf ki, davam edir. Hər iki tərəfdən günahsız insanlar ölür. Bütün bunlar nə qədər tez bitsə, bir o qədər yaxşıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın özü müharibə və işğaldan əziyyət çəkir: "Hər bir müharibə atəşkəs rejimi ilə başa çatır və buna görə də sülh sazişinin imzalanmasına üstünlük verilməlidir".

Prezidentin sözlərinə əsasən, Rusiya və Ukrayna hakimiyyətlərinin tərəfdaşlarına - MDB-nin üzv ölkələrinə və postsovet dövlətlərə necə münasibət bəsləməsi önəmlidir: "Hazırda bir milyondan çox azərbaycanlı Rusiyada, yarım milyondan çoxu isə Ukraynada yaşayır".

Xəbər yenilənir

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR