"Ailə qurduqdan sonra eşq bitir" - İradə İbrahimova

"Ailə qurduqdan sonra eşq bitir" - İradə İbrahimova
18:56 22 Yanvar 2015
224 Şou
Ölkə mətbuatı
A- A+

“Subay vaxtı münasibət daha şirin, dadlı olur. Axı, nəsə əlçatmaz olanda insana daha maraqlıdır. Ailə qurandan sonra hər şey dəyişir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Yeni sədalar” verilişində qonaq olan müğənni İradə İbrahimova deyib. O, həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:

“Ailə qurduqdan sonra kişinin qapı açmaları, stulu çəkib oturmağına kömək etmələri olmur. Çalışmır ki, İradəni əlimin üstündə gəzdirim. Bunlar normaldır. Subay vaxtı əl-ələ tutanda bizə təəccüblü gəlirdi. Ailə qurduqdan sonra eşq bitir, yerini sevgi və hörmət alır. Bir-birinin dərdindən ölsən də, hörmət olmayanda birlikdə yaşamaq mümkün deyil. Bizim də aramızda böyük sevgi və hörmət var”.

Foto: Rəşad ABBASOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR