Yeni turizm sahəsi yaranır

Yeni turizm sahəsi yaranır
19:05 22 Yanvar 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

20-ci əsrin 50-ci illərindən başlayaraq inkişaf etmiş ölkələrdə turizm sahəsində yeni bir qol yaranır. İnanc turizmi adı verilən bu sahəyə insanların marağı günü-gündən daha da artır. Artıq Azərbaycanın şimal-qərb regionunda bu sahəni inkişaf etdirmək üçün işlər görülür.

Kanal S (Region TV) xəbər verir ki, Şəki REM bu ildən etibarən inanc yerləri ilə bağlı araşdırmalara başlayıb. Məqsəd şimal-qərb bölgəsində əhali arasında tarixən mövcud olan dini inanclarla bağlı tədqiqatlar aparmaqdır. Digər bir məqsəd də bu gün dünyada dəbdə olan inanc turizmini Azərbaycanda da müəyyən qədər tətbiq etməkdir.
 
Azərbaycanın şimal-qərb regionu polietnik zonadır. Burada Qafqaz Albaniyasından qalma xristian kilsələri, həm əhalinin əksəriyyətinin ibadətinin həyata keçirildiyi məscidlər var. Lakin bunlarla yanaşı əhalinin üz tutduğu inanc yerləri də mövcuddur.

Qeyd edək ki, inanc turizminin ən çox yayıldığı ölkə Amerikadır. Amerikada hər il milyonlarla insanın qədim mayyalara məxsus inanc yerlərinə turist səfərləri təşkil olunur. Şəki REM-də də hazırda inanc yerlərinin xüsusi xəritəsi hazırlanır. Araşdırmalar tam başa çatdıqdan sonra həmin yerlərin turizm turlarına salınması nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR