Ölkədə aqrar sahəyə maraq artıb

Ölkədə aqrar sahəyə maraq artıb
20:05 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatı ilində də aqrar sahədə atılacaq mühüm addımlardan biri də istehsalçılara dövlət tərəfindən verilən güzəştlərin artırılması və bunun nəticəsidir ki, aqrar sahəyə marağın yüksəldilməsidir.

Kəpəz televiziyası (Region TV) xəbər verir ki, ötən il istehsalçılara satılan gübrə güzəştlərinin həcmi artırılıb. Fermerlərin subsidiyalar hesabına aldığı gübrənin dəyərinin 70%-i dövlət tərəfindən ödənilir.
Firdovsi Fikrətzadə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Bununla biz nəyə nail olduq? Bir öncəki il güzəştlə satılan gübrələrin həcmi 24 milyon manat idi. Ötən il isə 32 milyon manatlıq güzəştli gübrə satılıb. Satılan gübrənin həcmi bir öncəki ilə nəzərən 15% çox olub, güzəştli gübrədən istifadə edilən ərazilərin sahəsi əvvəlki ilə nisbətən 24% çox olub”.

Aqrolizinq vasitəsilə fermerlərə göstərilən texniki dəstəyin statistikasında da ciddi uğur var.
Firdovsi Fikrətzadə: “Ən əlamətdar hadisələrdən biri də Aqrolizinq ASC-nin xətti ilə fermerlərə satılan texnikanın ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq olunmasıdır. Məsələn, təkcə bir statistikanı deyim ki, 2014-cü ildə Aqrolizinq xəttilə güzəştli texnika alanların sayı bundan əvvəlki ilə nisbətən 30 % çox olub. Lizinq yolu ilə verilən bu və ya digər texnika növlərinin sayı ötən illərə nisbətən orta hesabla 40 %-dən çox olub”.

2014-cü ildə nazirliyin xəttilə toxum istehsalına verilən subsidiya bir öncəki ilə nisbətən 58,6% çox olub. Bundan başqa, ötən il quraqlıqla bağlı, xüsusilə 4 rayonda taxıl sahələrində fermerlərə dəyən ziyanın ödənilməsi üçün dövlət büdcəsindən əlavə 2,8 milyon manat dəyərində dəstək verilib, həmin istehsalçıların toxum pulu dövlət büdcəsindən qarşılanıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR