Bu gün Hacı İsmayılovun 71 yaşı tamam olur

Bu gün Hacı İsmayılovun 71 yaşı tamam olur
20:06 22 Yanvar 2015
156 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun doğum günüdür.

Axşam.az xəbər verir ki, İsmayılov Hacı Məcid oğlu 22 yanvar 1944-cü ildə Bakıda doğulub.

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci qulam roluna daxil edilib.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 18 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və dövlət mükafatı laureatı adına layiq görülüb (1980). Ona məşhurluq gətirən rollardan biri də rejissor Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmində oynadığı Mustafa rolu olub.

Ailəlidir, iki övladı və iki nəvəsi var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR