İŞİD bu dəfə universitetdə dəhşət saçdı

İŞİD bu dəfə universitetdə dəhşət saçdı
20:21 22 Yanvar 2015
223 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması bu dəfə universitet müəllimələrini qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, bu barədə İraq İnsan Haqqları Təşkilatı açıqlama yayıb. Açıqlamada deyilir ki, İŞİD Mosul Universitetindən bəzi təhsil işçilərini terror təşkilatını tanımadıqları səbəbiylə edam edib.

Açıqlamada bununla bağlı əlavə məlumat verilməyib. Bu xəbər hələlik rəsmən təsdiqlənməyib.

Terrorçular 7 iyun 2014-cü il tarixində Mosulda yerləşən Ənbar Universitetinə hücum edərək təhlükəsizlik işçilərini öldürmüş, aralarında təhsil işçiləri və tələbələr başda olmaqla çox sayda adamı girov götürmüşdü. Qruplaşma bir müddət sonra girov götürdüyü 1300 tələbəni azad etdiyini bildirmişdi.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirib. Hazırda İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR