Ərdoğan ölümə meydan oxudu

Ərdoğan ölümə meydan oxudu
21:11 22 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk nümayəndə heyətinin qaldığı otelde terror aktı törədilməsinə baxmayaraq Somali səfərini ləğv etməyib.

ANS PRESS-in məlumatına görə, mədəniyyət və turzim naziri Ömər Çelik açıqlama verib.

Nazir bildirib ki, səfər öncəsi terror aktı törədilsə də prezident Somaliyə gedəcək.

"Onlar Ərdoğanı yaxşı tanımayıblar. Türkiyənin verdiyi qərarı dəyişdirməyəcəyini başa düşməyiblər", deyə Ömər Çelik bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin səfərini hazırlayan nümayəndə heyətin qaldğı otelin qarşısında terakt törədilib. Somalinin paytaxtı Moqadişidə kamikadzenin partlayış törətməsinə baxmayaraq Ərdoğanın səfər planı dəyişməyib. Ərdoğan Afrika turu çərçivəsində sabah Somaliyə səfər edəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR