Xurşidbanu Natəvanın heykəli Vaterlooda (FOTO)

Xurşidbanu Natəvanın heykəli Vaterlooda (FOTO)
21:26 22 Yanvar 2015
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Belçikanın Vaterloo şəhər parkında Xurşudbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəli qoyulacaq.

Belçika səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, bunu Vaterloo şəhər burqamistri Serge Kubla Vaterlooda Azərbaycanın gənc rəssamlarının üçüncü sərgisinin açılış mərasimində deyib. Sərgidə çıxış edən Fuad İsgəndərov isə qeyd edib ki, belə sərgilərin gənc azərbaycanlı rəssamların üzə çıxmasına, Azərbaycana məxsus rəssamlıq dəstxətinin dünyada tanıdılmasında böyük rolu var.

Qeyd edək ki, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının üçüncü sərgisinin açılış mərasimi keçirib. Sərgidə 23 rəssam və bir heykəltəraşın 105 işi nümayiş olunur və fevralın 21-ə qədər davam edəcək.

Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR