Azərbaycan jurnalistlərinə Rusiyanın Bakıdakı səfirliyinin diplomları təqdim edilib

Azərbaycan jurnalistlərinə Rusiyanın Bakıdakı səfirliyinin diplomları təqdim edilib
22:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Laçın Sultanova, AzərTAc
Azərbaycan-Rusiya münasibətlərini aktiv işıqlandıran Azərbaycan jurnalistlərinə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin diplomları təqdim edilib.
Bu gün Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) jurnalistlərlə Rusiya Mətbuatı Gününə həsr edilmiş görüş keçirilib.
Tədbirdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri, RİMM-in direktoru Valentin Denisov mərkəzin fəaliyyətindən, buradakı uşaq yaradıcılığı seksiyalarından, həyata keçirilən proqramlardan söhbət açıb. Bildirib ki, mərkəzdə 300-dən çox uşaq oxuyur. O, RİMM ilə sıx əməkdaşlıq edən, Rusiya-Azərbaycan münasibətlərini obyektiv əks etdirən Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirib.
V.Denisov Rusiya Federasiyası Jurnalistlər Birliyinin Azərbaycan jurnalistlərinə ölkələrimiz arasında münasibətlərin inkişafında KİV nümayəndələrinin xidmətlərindən danışılan təbrik məktubunu oxuyub.
Bakıda Rusiya səfirliyinin müşaviri Oleq Muraşev də Rusiya-Azərbaycan münasibətlərinin inkişafında jurnalistlərin rolunu qeyd edərək deyib ki, onlar öz məqalələri ilə mehriban qonşuluq əlaqələrinə dəstək göstərirlər.
Tədbirdə Azərbaycan jurnalistlərinə Azərbaycan-Rusiya əməkdaşlığının dəstəklənməsinə yaradıcı töhfəsinə görə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin diplomları təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_jurnalistlerine_Rusiyanin_Bakidaki_sefirliyinin_diplomlari_teqdim_edilib-826872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR