Gəncədə sərxoş sürücü 6 maşını vurdu

Gəncədə sərxoş sürücü 6 maşını vurdu
23:09 22 Yanvar 2015
259 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 7 avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 22-də şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil  üç “Mercedes”, “QAZ 24”, “Hyundai” və “Wolksvagen” markalı avtomobilə çırpılıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da avtomobillər ciddi zədələnib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.

 

Məlumata görə, qəzanı törədən sürücü 1963-cü il təvəllüdlü Alıyev Rövşən sərxoş olub.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR