Əliyev tanınmış rus klubunda

Əliyev tanınmış rus klubunda
23:11 22 Yanvar 2015
238 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın MOİK klubu "Elfsborq" hücumçusu Əlibəy Əliyevi rənglərinə bağlayıb.

ANS PRESS-in məlumatına görə, Dağıstanda doğulan 18 yaşlı isveçli ilə ruslar beş illik müqavilə imzalayıb.

"Bu cür böyük kluba gəldiyimə görə, çox xoşbəxtəm. Rusiyada yaşamışam və bir az rus dilini bilirəm. MOİK ixtisaslaşmış futbolçularla bol olan ciddi bir klubdur. Komandada Pontus Vernblum var. Bundan başqa, Roman Yeryomenko İsveç dilini bilir, ona görə mənə çətin olmayacaq. Hədəflərim əvvəlcə məşqçi qərargahına öz qabiliyyətlərimi göstərmək və oyun vaxtımı almaqdır", - MOİK-in yeni transferi bildirib.

"Elfsborq" dan gələn Əliyev İsveçin gənclər yığmasının əsas üzvlərindən sayılır. Perespektiv vəd edən gənc futbolçunun oyunu İbrahimoviçin stilinə bənzəyir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR