"Rabitə" Çempionlar Liqasının qalibinə uduzdu

"Rabitə" Çempionlar Liqasının qalibinə uduzdu
23:37 22 Yanvar 2015
197 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, A qrupunun son oyununda Azərbaycan çempionu “Rabitə” Kazanda “Dinamo”nun qonağı olub.


Bakıdakı oyunda 3:2 hesabı ilə əzmkar qələbə qazan təmsilçimiz bu dəfə istəyinə nail ola bilməyib. Hər 3 seti də uduzan “Rabitə” evə əli boş qayıdıb - 0:3.

 

Son turda isə mərhələ adlamaq Dejan Brdjoviçin yetirmələrinin öz əlində olacaq. Belə ki, “Rabitə” son qarşılaşmada Bakıda “Ximik”i sınağa çəkəcək.

 

Qeyd edək ki, Polşa klubu V turda “Agel”ə (Çexiya) 2:3 hesabı ilə uduzsa da, pley-offa vəsiqəni təmin edib.  

 

Çempionlar Liqası

A qrupu

22 yanvar


Dinamo (Rusiya, Kazan) - Rabitə (Azərbaycan) 3:0 (25:21; 25:10; 25:14)

Hakimlər: Şloma Brutman (İsrail), Yuri Bakunoviç (Belarus).

Kazan, Sankt-Peterburq Sarayı.


Yer

Komanda

O

Q

M

S

T

X

1.

Ximik

5

3

2

13-7

442-405

11

2.

Dinamo Kazan

5

3

2

12-8

446-406

9

3.

Rabitə

5

2

3

8-12

422-436

6

4.

Agel

5

2

3

7-13

397-460

4


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrabitquot-cempionlar-liqasnn-qalibin-uduzdu-t17714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR