Müğənni Tünzalə Ağayeva: "İçim ağlayır"

Müğənni Tünzalə Ağayeva: "İçim ağlayır"
23:57 22 Yanvar 2015
310 Şou
Ölkə mətbuatı
A- A+

Tünzalə Ağayeva ayrılıqdan danışıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, müğənni şəxsi həyatı ilə bağlı bunları deyib:
“Bəlkə də, içim ağlayır. Amma gözlərimdəki ifadəni linzanın arxasında gizlədə bilirəm. Ona görə içimdə baş verənləri görmürsünüz. Mənə elə gəlir ki, klipdə hisslərimi yetərincə verə bilmişəm. O ki qaldı mənim həyatıma... Getdiyim yolun heç birinə peşman deyiləm və ağlayıb onun geri dönməsini istəmirəm. Hesab edirəm ki, bu, mənim o dönəmimin həyatı idi, bu qapıdan keçməli idim, keçdim.

O qapı artıq bağlanıb, açarı tullanıb Xəzər dənizinə. O açarı artıq balıqlar yeyib. O gəlməyəcək, geri qayıtmayacaq. O mənim bir dərsim, bir məktəbim idi. Bu gün yaşadığım gün bitəndə bunun da qapısı bağlanacaq. Bu günümdən sabahıma keçirdiyim ancaq öyrəndiklərim olacaq”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/50310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR