Paris terrorçusunun meyiti ortada qaldı

Paris terrorçusunun meyiti ortada qaldı
01:36 23 Yanvar 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

Paris yaxınlığındakı Monruj yaşayış qəsəbəsində bir polisi və Vənsən darvazasında beş nəfəri qətlə yetirən terrorçu Amedi Kulibalinin nəşi dəfn olunmaq üçün yanvarın 22-də təyyarə ilə vətəni Maliyə yola salınmalı idi.

ANS PRESS-in məlumatına görə, son anda Mali rəsmiləri onun ölkəyə gətirilib dəfn olunmasını rədd ediblər. Terrorçunun meyiti təkrarən tibbi-ekspertiza məntəqəsinə qaytarılıb.

Fransa qanunlarına görə, terrorçunun yaxınları onun xüsusi məzarlıqda dəfn olunması üçün yaşadığı meriyaya müraciət etməli idi.

Mali rəsmilərinin rədd cavabının səbəbi hələlik açıqlanmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR