Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin inkişafına yeni bir töhfə

Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin inkişafına yeni bir töhfə
02:08 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


İstanbul , 23 yanvar, AzərTAc
İstanbulun Lütfi Kırdar Beynəlxalq Konfrans və Sərgi Sarayında Azərbaycanda və Türkiyədə turizm sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlıq protokolu imzalanıb.
Mərasimdə hər iki ölkəni təmsil edən QHT rəhbərləri, otel və turizm şirkətlərinin nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın hərtərəfli inkişafını və geniş turizm imkanlarını əks etdirən sənədli film nümayiş olunub.
İmzalanma mərasimindən əvvəl Türkiyənin Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Başaran Ulusoy, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev və ölkəmizdə fəaliyyət göstərən Səhiyyə və Termal Turizm İctimai Birliyinin sədri Ruslan Quliyevin çıxışları olub.
Çıxış edənlər iki qardaş ölkə arasında səyahət edən turistlərin sayının sürətlə artığını bildiriblər. Qeyd olunub ki, qarşılıqlı səfərləri inkişaf etdirən cəhətlərdən biri xalqlarımızın doğmalığı, digəri isə ölkələrimizin dinamik inkişafı nəticəsində əhalinin rifahının yüksəlişidir.
Əminliklə qeyd olunub ki, imzalanan sənəd Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əlaqələrin daha da genişlənməsinə böyük töhfə verəcəkdir.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_arasinda_turizm_sahesinde_elaqelerin_inkisafina_yeni_bir_tohfe-826890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR