Yəməndə üsyançıların lideri prezident şurası yaratmağı təklif edib

Yəməndə üsyançıların lideri prezident şurası  yaratmağı təklif edib
03:52 23 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 03:26 ]


Bakı-APA. Yəməndə şiə üsyançıların lideri Əbdül Malik Husi prezident şurası  yaratmağı təklif edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər verir.   

 

“Mən nüfuzlu inqilabi və siyasi xadimlərdən ibarət prezident şurası  yaratmağı təklif edirəm. Şuraya ordu, təhlükəsizlik orqanları və xalq komitələri daxil olmalıdır ki, qoy hamı ölkənin idarəetməsində iştirak edə bilsin”, deyə Husi bildirib.    

 

O qeyd edib ki, hazırda Yəmən təhlükəsizlik, sabitlik, sakitlik və çiçəklənmə istiqamətində irəliləyir.  

 

Qeyd edək ki, bir müddət əvvəl Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib. Bundan bir neçə saat əvvəl isə hökumət istefa verməyi qərara alıb. 

 

Lakin, Yəmən parlamenti prezident Abd Rabbo Mənsur Hadinin istefasını qəbul etməkdən imtina edib və sabah səhərə növbədənkənar iclas təyin edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR