“Banklarda risklərin idarə olunması sistemləri” mövzusunda seminar keçiriləcək

04:08 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Fevralın 23-də Bakıda “Banklarda risklərin idarə olunması sistemləri” mövzusunda ikigünlük seminar təşkil olunacaq. Seminarı Macarıstanın bank sistemi üzrə aparıcı analitiki İştvan Lendelom keçirəcək.
AzərTAc xəbər verir ki, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak haqqı 300 manat, ARPA üzvləri üçün isə - 250 manatdır. Seminar rus dilində aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Banklarda_risklerin_idare_olunmasi_sistemleri_movzusunda_seminar_kechirilecek-826892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR