Misir prezident sarayı qarşısında partlayış: yaralılar var

Misir prezident sarayı qarşısında partlayış: yaralılar var
05:04 23 Yanvar 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+

Qahirədə prezident komplekslərindən birinin yaxınlığında ötən gün axşam saatlarında törədilən  partlayış nəticəsində 2 polis əməkdaşı yaralanıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, əldə düzəlmə partlayıcı qurğu  “Ək Kübbə” sarayının əsas girişinin qarşısındakı mühafizə postunda işə salınıb. İnsident nəticəsində zabit və əsgər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Partlayışı törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.  

 

Hadisəyə görə məsuliyyəti ötən il Misirin güc strukturlarına müharibə elan etmiş yerli “Aqnad Masr” qruplaşması öz üzərinə götürüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR