Obamadan başsağlığı mesajı

Obamadan başsağlığı mesajı
05:26 23 Yanvar 2015
232 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Abdullah ibni Əbdüləzizin ölümü ilə əlaqədar başsağlığı mesajı ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Ağ Evin rəsmi tvitter səhifəsində yayılan başsağlı mesajında ABŞ prezidenti Səudiyyə xalqına və kralın yaxınlarına, ailəsinə dərin hörmətini çatdırıb.

“Kral Abdullah həyatı boyu xalqının mənafeyi, ölkəsinin iqtisadi dirçəlişi üçün çalışıb. O, Ərəb dünyası və islam ölkələri arasında seçilən liderlərdən olub. Müasir Səudiyyə Ərəbistanın formalaşmasında onun böyülk zəhməti, rolu olub. Ərəb ölkələrində sülhün davamiyyətini istəyən və bu yolda cəsur addımlar atan bir şəxs idi” – deyə prezidentin başsağlı mesajında bildirilir.

Sonda B.Obama ölkələri arasında əlaqələrin yenə də müsbət yöndə davam edəcəyini, əməkdaşlığın qorunacağını ümid etdiyini bildirib.

Qeyd edeək ki, Səudiyyə kralı cümə günü nəfəs çatışmazlığından dünyasını dəyişib. Xəbəri kralı ögey qardaşı Kral Salman da təsdiqləyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR