Bakıda ikisi də 41 yaşında olan piyadaları maşın vurdu

Bakıda ikisi də 41 yaşında olan piyadaları maşın vurdu
06:46 23 Yanvar 2015
344 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İlk qəza Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 41 yaşlı Əfqan Abbasov özünə məxsus “VAZ 2106” markalı avtomobili ilə sürətlə şəhər istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ceyhun Qasımovu vurub. Piyadanı vuran sürücü onu avtomobili ilə xəstəxanaya çatdırıb.

Əfqan Abbasov ifadasi alınması üçün Sabunçu rayon polis idarəsinə aparılıb. “VAZ 2106” markalı avtomobil isə cərimə meydançasına yerləşdirirlib.

Sabunçu dairəsi adlanan ərazidə isə naməlum sürücü yol kənarı ilə hərəkət edən piyadanı vurub. 41 yaşlı Hümbət Hacıyevi xəstəxanaya hadisə şahidləri çatdırıblar. Müayinə zamanı sərxoş vəziyyətdə olan piyadanın qolunun sındığı məlum olub.

Hadisə yerindən qaçan sürcünün axtarışlar polislər tərəfindəndavam etdirilir. Hər iki qəza ilə bağlı sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb.
Mənbə
ANS PRESS Anar Qafarov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR