Xaçmazın Mərkəzi bazarında 5 anbar yandı

Xaçmazın Mərkəzi bazarında 5 anbar yandı
07:19 23 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazın Mərkəzi bazarında  5 anbar yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Xaçmaz şəhərində ümumi sahəsi 2000 kv.m olan Mərkəzi bazarın ərazisində yanğın baş verib. Nəticədə vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar, digər ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyü 45 kv.m və içərisinə yığılmış mallar 10 kv.m sahədə, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar 5 kv.m sahədə, ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Digər bitişik tikilmiş anbarlar yanğından mühafizə olunub. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR