Bakıda sərxoş piyadanı maşın vurub

07:27 23 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 06:53 ]

Bakı. Mahir Məmmədli-APA. Bakıda sərxoş piyadanı maşın vurub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. "Sabunçu dairəsi" yaxınlığında yolu keçmək istəyən 41 yaşlı Hümbət Hacıyev naməlum avtomobillə vurulub. Hadisəni törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

 

Xəsarət alan piyadanı xəstəxanaya hadisə şahidləri gətiriblər. Müayinə zamanı məlum olub ki, maşınla vurulan piyada sərxoşdur və onun qolunda sınıq aşkarlanıb.

 

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalara başlanılıb. Piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində tədbirlər görülür. Ərazidəki təhlükəsizlik kameralarının görüntüləri əsasında avtomobilin markası və dövlət nömrə nişanı artıq müəyyən edilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR