İrandan narkotik gətirən şəxslər saxlanıldı (VİDEO)

İrandan narkotik gətirən şəxslər saxlanıldı (VİDEO)
07:36 23 Yanvar 2015
493 Sosial
Ölkə mətbuatı
A- A+

İrandan narkotik vasitə gətirən şəxslər saxlanılıb.

ANS TV-nin məlumatına görə,narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış əməliyyat tədbirləri bu dəfə Su Nəqliyyatında Polis İdarəsi və Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarını bir araya gətirib.

Məlumata görə, mühərrikli qayığı idarə edən şəxs dənizin Astara rayonunun Kələdəhnə kəndi istiqamətində sahilə yaxınlaşıb və bir ədəd bağlama ataraq həmin ərazidən uzaqlaşıb.

Sahildə dayanan şəxs suya girərək həmin bağlamanı götürüb çıxarkən saxlanılıb və onun Astara şəhər sakini Rəşad Camalov olması müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə o, 4 ədəd ayrı-ayrı bükümlərdən ibarət narkotik vasitənin dənizə həmkəndlisi Tural Malıyev tərəfindən atıldığını, razılaşmaya əsasən həmin bağlamanı dənizdən çıxararaq Tural Malıyevə verməli olduğunu bildirib.

Tural Malıyevin saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər zamanı o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının qanuni tələblərinə tabe olyab və bıçaqla özünə xəsarət yetirib.

Polis əməkdaşlarını hədələyən Malıyev sonradan zərərsizləşdirilib. Ətrafında aparılmış əməliyyat tədbirlərilə müəyyən edilib ki, içərisində narkotik vasitə - bir kiloqram 900 qram heron və 2 kiloqram 860 qram tiryək olan bağlamanı Tural Malıyev İran İslam Respublikasından Əli adlı şəxsdən əldə edib.

Fakt üzrə cinayət işi başlanılıb, Tural Malıyev və Rəşad Camalov şübhəli şəxs qismində saxlanılıb.

Mənbə
ANS-TV Xəbərçi Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR