Hülya Avşardan gülməli FOTO

Hülya Avşardan gülməli FOTO
07:51 23 Yanvar 2015
452 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa sosial şəbəkədə paylaşdığı fotoşəkillə izləyicilərini güldürüb.

ANS PRESS-in məlumatına görə, Yeni il gecəsi restoranların birində Orxan Gəncəbayla aralarında baş verən zarafatlaşma ilə bir müddət gündəmdən düşməyən və bu yaxınlarda başqa bir müğənni Yıldız Tilbə ilə söz davasına çıxan Hülya Avşar sosial şəbəkəki səhifəsində gülməli fotoşəkil paylaşıb.

Müğənni-aktrisanın yayımladığı fotoşəkildə idmançı yaşlı bir qadın təsvir edilib. H.Avşar isə həmin fotoşəkli “gələcəyim” qeydi ilə yayımlayıb.

Onun bu paylaşımı bir çox izləyicilərini güldürsə də, o bu paylaşımdakı şəkli göstərərək özünü daim formada saxlayacağı mesajını verib.

Qeyd edək ki, tennislə məşğul olan H.Avşar tez-tez sosial şəbəkədə idmanla məşğul olduğunu göstərən fotoşəkillər də paylaşır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR