“Eurovision-2015” mahnı yarışması üzrə Norveç milli seçiminin finalında 11 ifaçı mübarizə aparacaq

08:13 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“Eurovision-2015” mahnı yarışması üzrə Norveç milli seçiminin (Music Grand Prix 2015) finalında 11 ifaçı mübarizə aparacaq.
AzərTAc mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Norveçin NRK teleradioyayım şirkəti martın 14-də keçiriləcək finalda iştirak edəcək ifaçıların adlarını açıqlayıb. Onların sırasında əvvəlki illərdə ölkəni bu yarışmada təmsil etmiş ifaçılar da var.
Avstriyanın Vyana şəhərində təşkil ediləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19-da və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Eurovision_2015_mahni_yarismasi_uzre_Norvech_milli_sechiminin_finalinda_11_ifachi_mubarize_aparacaq-826895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR