Səudiyyə Ərəbistanının yeddinci kralı Salman ibn Əbdül Əziz əl Səud oldu

Səudiyyə Ərəbistanının yeddinci kralı Salman ibn Əbdül Əziz əl Səud oldu
08:32 23 Yanvar 2015
223 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 08:27 ]

Bakı-APA. Səudiyyə Ərəbistanının 91 yaşlı altıncı kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə vəfat etdikdən sonra taxta Salman ibn Əbdül Əziz əl Səud çıxıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.

 

Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə 91 yaşında vəfat edib.

 

Kral Abdullah dekabrda ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilmişdi.  Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat  keçirib.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR