Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edəcək
16:33 7 İyul 2015
261 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 16-da Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 11-də şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək və Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına müraciət edə və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər. Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi - (02521) 5 22 63, (02524) 5 54 76, (02524) 5 10 80.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amlak_Meseleleri_Dovlet_Komitesinin_sedri_Masallida_vetendaslari_qebul_edecek-869641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR