Bakıda piyadanı maşın vurub - FOTO

Bakıda piyadanı maşın vurub - FOTO
09:17 23 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Zabrat qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.

APA-nın məlumatına görə, 41 yaşlı Əfqan Abbasov özünə məxsus "VAZ-2106" markalı avtomobillə şəhər istiqamətində sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən Ceyhun Qasımovu vurub. Piyadanı vuran sürücü onu öz avtomobili ilə xəstəxanaya çatdırıb.
 
Əfqan Abbasov ifadəsinin alınması üçün polisə aparılıb. "VAZ-2106" markalı avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR