"Shacman" "Qaz"la toqquşdu

"Shacman" "Qaz"la toqquşdu
09:46 23 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, "Shacman" və "Qaz" markalı 2 yük avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qaz" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:47-də başa çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR