Burada həm istirahət, həm də sağlamlığı bərpa etmək olar (FOTO)

Burada həm istirahət, həm də sağlamlığı bərpa etmək olar (FOTO)
20:48 7 İyul 2015
261 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Maksim Tsurkov/

Müasir həyatın dinamik və daimi ahəngi uzun müddət hadisələrin mərkəzindən çıxmağa imkan vermir. Əksər insanların tətilə çıxıb yaxşı istirahət etməsi üçün bir və ya iki həftəsi var. İşdə yorğunluq, bütün mümkün stresslər və bununla bağlı faktorlar sağlamlığa təsir edir. Buna görə də istirahət müalicə almaq imkanı verirsə, o zaman belə variant sadəcə olaraq idealdır, necə deyərlər, “ikisi birində”. Axı turistlər tərəfindən istirahətin müalicə ilə ahənginə tələbat böyükdür.

Bununla belə, hazırda ölkə hüdudlarını tərk etmək heç də şərt deyil. Azərbaycanda hazırda yaxşı istirahət etmək və səhhəti yaxşılaşdırmaq olar. "Harada" və "necə" suallarına bir cavab var – Naftalan.

“Silk Way” şirkətlər qrupuna daxil olan “Silk Way Travel” tur operatoru məhz bu istiqaməti təklif edir. Bu səyahətin son dayanacağı “Garabag Resort & Spa” hotelidir.

Naftalan Bakıdan 360 kilometr, Gəncədən isə təqribən 45 kilometr məsafədə yerləşir. Kurort qeyri-adi müalicəvi xüsusiyyətə malik neft sayəsində bütün dünyada məşhurdur.

Yol adamı yormur ki, bu da mütəmadi seytnot şəraitində vacibdir. Rahat “Embraer-190” və ya “Embraer-170” təyyarələrində Bakıdan Gəncə beynəlxalq aeroportunadək 40 dəqiqəlik uçuş, ardınca hotelin qonaqları üçün nəzakətlə təqdim etdiyi komfortlu avtobusda təqribən yarım saat yol.

Və budur siz müasir, geniş və gözəl “Garabag Resort & Spa”dasınız.

Qeyd etmək lazımdır ki, hotel 2014-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Ölkə rəhbərliyi kurortun keçmiş şöhrətini qaytarmaq məqsədilə ciddi məşğuldur. Vaxtilə bura ildə 80 min turist gəlirdi və burada belə səviyyəli hotelin açılması bu yolda vacib addımlardan biridir.

Hoteldə komfortlu istirahət üçün zəruri olan hər şeylə təchiz edilmiş 132 otaq var: peyk telekanallarının olduğu televizor, elektrik çaydanı, mini-bar, mini-seyf, telefon, bütün hamam ləvazimatları, mərkəzləşdirilmiş kondisiyalaşdırma. Bir çox otaq nömrələrində geniş dəhlizlər var. Nəzakətli işçi heyəti 3 dildə (Azərbaycan, ingilis, rus) danışmağı bacarır və sizə istənilən köməyi göstərəcək.

“Garabag Resort & Spa” həm də böyük sağlamlıq mərkəzidir. Burada təkcə istirahət etmək deyil, həm də orqanizmi bir çox istiqamətlər üzrə yaxşılaşdırmaq olar. Sanitar-kurort müalicəsində ən müasir avadanlıq və zəngin təcrübə Naftalanda ənənəvi güclü istiqamətdir və bu, əhalinin bütün qruplarına müalicə-sağlamlıq xidmətləri göstərməyə imkan yaradır.

“Garabag Resort & Spa”nın baş həkimi Azər Vaqifsoyun bildirdiyi kimi, “Entera Spa & Wellness” sağlamlıq mərkəzi ürək-damar sistemi, əzələ-sümük aparatı, əsəb sistemi, mədə-bağırsaq traktı, tənəffüs orqanları və dəri xəstəliklərində kömək etməyə imkan verir. Bir faktı xüsusilə vurğulamaq lazımdır ki, Naftalan nefti psoriaz kimi çətin və yayılmış xəstəliyi tam aradan qaldırmağa imkan verir.

Naftalan nefti qəhvəyi rəngli, isti, qatı mayedir. Onun özünəməxsus qoxusu var, bununla belə, alışan maye deyil. Onun müalicəvi xüsusiyyətləri artıq 600 ildən çoxdur məlumdur və 70-dək müxtəlif xəstəliyin müalicəsini aparmağa fürsət verir.

Naftalan vannalarından, başqa mərkəzdə hamam, sauna, duz otağı, aroma-, krio-, hidro-, fito- və fizioterapiya kabinələri, masaj otaqları, sidr çəlləyi, Şarko duşu, inhalyator, bağlı üzmə hovuzları var.

SPA prosedurunun geniş seçimi yaxşıca dincəlməyə, nasazlıqlardan xilas olmağa və gəncləşməyə imkan verəcək.

Bundan başqa, “Entera” SPA mərkəzi özünün unikal məhsulunu təklif edir – kosmetologiya sahəsində yenilik olan naftalinin parafinlə qarışığı.

Əgər sizi aktiv istirahət və idmanla məşğuliyyət maraqlandırırsa, o zaman sağlamlıq mərkəzində trenajor zalı, yoqa və pilateslə məşğuliyyət üçün zal, bilyard stolları, hotelin yaxınlıqdakı ərazidə isə idman meydançaları (tennis kortu, voleybol və basketbol meydançaları, mini-qolf üçün sahə), möhtəşəm uşaq meydançası, sahəsi 737 kv.m olan açıq hovuz var. Animatorlar Olqa və Maksim sevimli idman növünüz üçün zəruri dəsti verəcəklər, sizin sparrinq-partnyorunuz, təlimatçınız (məsələn, pilates və ya su aerobikası üzrə) olacaq.

Hoteldə uşaqlar üçün oyuncaq avtomatlar və müxtəlif əyləncəli oyunların olduğu xüsusi otaq mövcuddur. Şoppinq həvəskarları butiklərdə alış-veriş etməklə arzularına çata bilərlər.

Hotel ərazisində hətta dirrik var. Orada göyərti yetişdirilir və hotelin şef-aşpazı Mehmet Ektirir müxtəlif xörəklərin hazırlanması üçün mətbəxdə onlardan istifadə edir.

Mətbəx demişkən, hoteldə yerləşən restoran gündə üç dəfə qida təklif edir. Bura xeyli sayda dadlı xörək, içki və desertdən ibarət “İsveç stolu” da daxildir. Ayrıca İtaliya mətbəxi restoranı və rahat çay otağı mövcuddur.

Hətta istirahət zamanı işdən ayrıla bilməyənlər üçün hoteldə internetə girişin və kompüterlərin olduğu biznes mərkəzi fəaliyyət göstərir, hotelin bütün ərazisi "Wi-Fi" siqnalı ilə əhatə olunub.

Kitab həvəskarları hotelin kitabxanasında "xəlvətə çəkilə", canlı musiqini sevənlər isə gecələr peşəkar musiqiçilərin ifasından zövq ala bilərlər.

Əlbəttə ki, sağlamlığı qaydaya salmaq üçün müəyyən vaxt lazımdır, lakin burada keçirdiyim iki gün özümü yenidən doğulmuş insan kimi hiss etməyə kifayət etdi.

Buna görə də tam əminliklə demək olar ki, indi Azərbaycanda gözəl istirahət etməyin və səhhəti xeyli yaxşılaşdırmağın mümkün olduğu dünya səviyyəli yer var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2414803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR