Əhməd Davudoğlu: Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir

Əhməd Davudoğlu: Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir
09:58 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə dünyanın enerji mərkəzi olmaq niyyətindədir və bunun üçün bütün imkanlardan istifadə edir. Trend cümə günü Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə hökumətinin rəhbəri Əhməd Davudoğlu bildirib.

Baş nazirin sözlərinə görə, hazırda Türkiyə Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan bir sıra enerji layihələrini reallaşdırır və onlardan biri Trans-Anadolu qaz kəməridir (TANAP).

TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2356233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR