Şəkidə 37 yaşlı qadın intihara cəhd edib

10:02 23 Yanvar 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 09:58 ]


Şəki. Vüqar Heydərov - APA. Şəkidə 37 yaşlı qadın intihara cəhd edib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1978-ci ildə Laçın rayonunda anadan olan, hazırda Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan məcburi köçkün Vəsilə Ulis qızı Quliyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 37 yaşlı Vəsilə Quliyeva intihar etmək məqsədilə gəmiriciləri məhv etmək üçün istifadə olunan zəhər qəbul edib. Vəsilə Quliyevaya xəstəxanada lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR