Orta məktəblərin istilik təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Orta məktəblərin istilik təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA
10:14 23 Yanvar 2015
171 Sosial
Ölkə mətbuatı
A- A+

Cari tədris ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi mövcuddur və onların 9,6 faizi mərkəzləşdirilmiş istilik sisteminə, qalanları isə fərdi istilik sisteminə qoşulub. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Şəhər yerləri üzrə təhsil müəssisələrinin 78,0 faizi, kənd yerlərində isə 94,8 faizi fərdi istilik sisteminə malikdir. Fərdi istilik sisteminə malik təhsil müəssisələrinin qızdırılması üçün şəhər məktəblərinin 61,0 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və qaz yanacaqdan istifadə edilir. Kənd məktəblərinin 53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye yanacaqdan və 14,9 faizi isə qazdan istifadə edilməklə qızdırılır.

Eyni zamanda, fərdi istilik sistemi vasitəsilə qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik qızdırıcılarından istifadə edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR