RPİ-nin əsas elmi istiqamətləri üzrə bir ildə 29 elmi tədqiqat işi yerinə yetirilib

RPİ-nin əsas elmi istiqamətləri üzrə bir ildə 29 elmi tədqiqat işi yerinə yetirilib
10:31 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) əsas elmi istiqamətlərinə nüvə fizikası, elementar zərrəciklər, radiasiya fizikası, nano və radiasiya texnologiyaları daxil olmaqla, yüksək texnologiyalar aiddir.  2014-cü ildə RPİ-də 5 problem üzrə 13 mövzuya uyğun 29 elmi tədqiqat işi yerinə yetirilib.
 
Sözügedən problemlər “Neft karbohidrogenlərinin radiasion və nano-radiasion-katalitik çevrilmələri, polimerləşmə, ekoloji problemlərin həlli və universal enerji daşıyıcılarının alınması prosesinin tədqiqi”, “Radioaktiv material və maddələrin təbiətdə paylanması, onlarla əlaqəli radioekoloji problemlər, radioaktiv şüaların ətraf mühitə təsiri və radiasiya təhlükəsizliyinin elmi əsasları”, “Nüvə materialları, çevrilmələri və texnologiyaları”, “Metal, yarımkeçirici, oksid və polimer dielektriklərdə yüksək enerjili şüaların təsiri altında gedən proseslər, onların xassələrinin idarə olunması, radiasiyaya davamlılığının artırılması və radiasion cihazqayırma”, “Effektiv günəş su qızdırıcıları, günəş və külək enerjilərinin uzlaşdırma sistemləri və birgə istifadə yollarının işlənilməsi” mövzularındadır.  
 
RPİ-dən qeyd edilib ki, sözügedən tədqiqatların mühüm nəticələri institutun FRTE Bölməsi tərəfindən AMEA Rəyasət Heyətinə təqdim edilib.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34911-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR