Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2014-cü ildə 1573 müəssisədə müvafiq müayinələr aparılıb. Lent.az-ın məlumatına görə, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər dörd müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə 727 nəfər vəzifəli şəxs və vətəndaş inzibati məsuliyyətə cəlb olunub. Onlardan 463,4 min manat məbləğində cərimə tutulub.