Attestat alan məktəblilərin STATİSTİKASI

Attestat alan məktəblilərin STATİSTİKASI
10:49 23 Yanvar 2015
202 Sosial
Ölkə mətbuatı
A- A+

2014/2015-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 50,4 min nəfərdən artıq olan 82 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir. Lent.az-ın məlumatına görə, dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 612 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 81,3 min nəfər şagird təhsil alır.

 

Ötən il əyani ümumi təhsil müəssisələrini bitirən 83,8 min nəfər məzundan 83,2 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat alıb. Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90,9 faizi kompyuterlərlə təmin olunub. Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatıb. Hazırda hər 22 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR