Keçmiş "KVN"çi Nyu-Yorkda səhnəyə çıxacaq

Keçmiş "KVN"çi Nyu-Yorkda səhnəyə çıxacaq
10:56 23 Yanvar 2015
205 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış opera ifaçısı, Böyük teatrın solisti Elçin Əzizov yanvarın 26-da Nyu Yorkun “Metropoliten-opera” səhnəsində baş tutacaq “İolanta” operasının premyerasında iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz əsas rollardan biri olan mavritaniyalı həkim Ebn-Hakianın partiyasını ifa edəcək. Elçinlə eyni səhnədə ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da yer alacaq.

Qeyd edək ki, bariton səsli Elçin Əzizov Azərbaycanın əməkdar artistidir. O, ilk azərbaycanlıdır ki, Böyük Teatrın solistidir. 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kino rejissoru ixtisasını bitirib. 1992-2001-ci illərdə əfsanəvi "Bakılı oğlanlar" şən və hazırcavablar komandasının tərkibində çıxış edib. 2005-ci ildə "Mosarteum" universitetinin yay akademiyasına daxil olub. 2006-2007-ci illərdə Alessandro Mişaşi ilə səs imkanlarının yaxşılaşdırılması istiqamətində məşğul olub. 2005-2007-ci illərdə Bakı musiqi akademiyasının tərkibində Opera studiyasında Əziz Əliyevin rəhbərliyi altında təcrübə keçib.

Mənbə: buro247.az


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR