Qəfil ölüm Ərdoğanın Afrika səfərini yarımçıq qoydu

Qəfil ölüm Ərdoğanın Afrika səfərini yarımçıq qoydu
10:59 23 Yanvar 2015
216 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərini yarımçıq qoyaraq Ər-Riyada gedəcək.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanın kralı Abdullah Bin Abdulaziz Al Suudin qəfil ölümüdür.

 

Məlumatda bildirilir ki,  Efiopiyadakı görüşlərindən sonra Somali səfərini təxirə salan Ərdoğan Ər-Riyada gedəcək. Səudiyyə kralının dəfn mərasimindən sonra isə o, Cibutiyə getməyi planlaşdırır. Ərdoğan Somaliyə Cibutidən gedəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR