ABB və "Sberbank" arasında memorandum imzalanıb

ABB və "Sberbank" arasında memorandum imzalanıb
11:03 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya “Sberbank”ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend xəbər verir ki, sənədi Rusiya “Sberbank”ının prezidenti və İdarə Heyətinin sədri German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıblar.

Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi; Rusiya, Azərbaycan, eləcə də tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili; maliyyə bazarlarında əməkdaşlıq kimi istiqamətlər yer alır .

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2356294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR